Qarabağ qazisi Saleh Rüstəmlinin həyatı təhlükədədir – Prometey təşkilatının müraciəti

Hollandiyada fəaliyyət göstərən “Prometey” təşkilatı siyasi məhbus Saleh Rüstəmlinin azadlığa buraxılması bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinə müraciət edib:

 

“Basta”ya təqdim olunan müraciətdə deyilir:

 

Qarabag qazisi Saleh Rüstəmli ilı baglı yaranmış kritik vəziyyəti nəzərə alaraq olkədə fəaliyyət göstərən və hakimiyyətin dialoq formatinda iştirak edən 52 siyasi partiyanın rəhbərlərinə:

 

Hörmətli partiya sədrləri!

 

Bildiyiniz kimi Milli Azadlıq hərəkatının tanınmış simalarından biri, Qarabag qazisi, Gədəbəy rayonunun sabiq icra başcısı Saleh Rustəmli saxta narkotik ittihamı ile qanunsuz olaraq 7 il həbsə məhkum edilib. Bu gün artıq 16 gündür Saleh bey qanunsuz həbs olunmasına etiraz edərək aclıq aksiyasına başlayıb. Vəkillərin verdiyi məlumata görə Saleh bəyin vəziyyəti kritikdir və mudaxilə olunmayacagı təqdirdə Saleh bəyi itirə bilərik. Əgər belə bir hal baş verərsə, bu Azərbaycan ücün, şəhidlərimizin ruhuna, qazilərimizə qarşı hörmətsizlik və hamımız ucun, cox böyük bir utanc olacaq.

 

Hörmətli partiya sədrləri, hər biriniz davamlı olaraq dovlət və ozəl televiziya kanallarında çıxışlar edirsiniz, müsahibələr verirsiniz. Bu çıxışlarınızı, müsahibələrinizi əsasən Ordumuzun ugurlarına, şəhid və qazilərimizin qəhramanliqlarına həsr edirsiniz. Bunu təqdirəlayiq qiymətləndiririk və hesab edirik ki, şəhidlərimiz hər zaman saygı ilə,ehtiramla yad edilməli, qazilərimizə hər zaman diqqət və qaygı göstərilməlidir.

 

Hormətli partiya sədrləri, hamınızın gözü qarşısında Qarabag müharibəsinin qəhrəman döyüşçüsü, Gədəbəyin icra başçısı olaraq Gədəbəy rayonunun ermənilər tərəfindən işgalına imkan verməyən Saleh Rüstəmlinin həyatı  təhlükədədir. Onun aclıq aksiyasını dayandırması və həbsdən azad edilməsi üçun texirəsalinmaz addımlar atmagınıza ehtiyac var. Ümid edirik ki, qısa bir zamanda Saleh bəyin azadlıgı üçün muvafiq addımlar atacaqsınız”.

 

Qeyd edək ki, Prometey təşkilatının sədri Qəbələ rayonunun sabiq icra başçısı, müsvatçı mühacir Eldəniz Yusibovdur.

 

Basta