Sərhəddə növbəti atışma: ölən və yaralananlar var

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

 

Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində  yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistan Müdafiə Nazirliyi də analoji məlumat yayaraq, ölən və yaralananların olduğunu bildirib.

 

***

 

Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddə baş verən atışmada bir nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib. Yaralılardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.