Müsavatda onlayn müşavirə
Bu gün Müsavat Partiyasında video konfrans rejimində müşavirə keçirib. Bu haqda Müsavatın Təşkiat Departamentindən Razim Əmiraslanlı məlumat verib.
Məlumatda bildirilir ki, müşavirədə partiyanın Astara, Masallı, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təşkilatı sədrləri və partiyanın rəhbrliyinin nümayəndəəri iştirak edib.
İclasda son dövrlərdə ölkədə və regionda baş verən hadisələr, Azərbaycan- Ermənistan sərhəddində döyüş əməliyyatları, Covid-19 pandemiyasının yayılması ilə ba\lı yaranmış durum, siyasi məhbuslar və digər məsələlər müzakirə edildi. Partiyanın son dövrlərdəki fəaliyyəti, görülən işlər barədə məlumat dinlənilib. Rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib.
Toplantıda Müsavat başqanı Arif Hacılı və partiyanın digər rəhbər şəxsləri iştirak edib.
Basta