Madrid təhsilində yeni qaydalar

İspaniyanın Madrid  İcması tərəfindən proqramlaşdırılmış 66.000-dən çox seroloji testin nəticələri müsbət çıxmış 2500 müəllimin dərsə qayıtmazdan əvvəl yenidən yoxlanması məcburiyyəti yaranıb. Onların arasında koronavirus aşkarlanan olarsa, təcrübəçilərlə əvəzlənəcəklər .

Təhsil Nazirliyi bu tədbirləri tək təhsil işçiləri arasında tətbiq etməklə  məhdudlaşmır, bura inzibati işçilər və yemək otağı işçilərinin də qatıldıqlarını nəzərə alaraq “mürəkkəb bir problem” yarandığını bildirib.

Təhsil və Gənclər Naziri Enrique Ossorio məktəblərə əlavə müəllimlər təyin etməyə başladıqlarını deyib.

Hər müəllimə 20 şagird nəzərdə tutulur. Nazir Madriddə siniflərdə daha artıq şagirdin olduğu zaman nisbətləri azaltmanın “çətin olduğunu  etiraf edib. Bunun üçün təhsil mərkəzləri öz müəssisələrində əlavə yer axtarırlar. Onları tapa bilmədikləri təqdirdə bələdiyyə məclislərinin İcmaya təqdim etdikləri yerlərdən istifadə edə biləcəklər.

Texniki vasitələrə gəldikdə isə, İlk mərhələdə 260 modul tipli yeni tədris ocaqlarının alınması və şagirdlər üçün fərdi ekranlar quraşdırması nəzərdə tutulur.

Heybət Əmrah,

Basta2.com