Müsavat başqanı müşavirə keçirib

Fevralın 14-də Müsavat Partiyasının başqanı Arif Hacılı öz müşavirləri onlayn toplantı keçirib. Partiyadan verilən məlumata görə,   toplantıda ölkədə və regionda baş verən proseslər müzakirə edilib, ölkənin regionlarında əhalinin vəziyyəti ilə bağlı məlumat verilib.

 

Partiyanın qarşısında duran vəzifələr, pandemiyanın yüngülləşməsi şəraitində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Müsavatın başqanı partiyanın son zamanlar gördüyü  işlərdən danışıb, ölkədə yaranmış çoxsaylı problemlərin fonunda hakimiyyətin fəaliyyəts olduğunu qeyd edib.

 

Müşavirlər yerlərdə əhalinin acınacaqlı vəziyyəti, sosial problemlərin ağırlığı səbəbindən günbəgün artan narazılıqlar fonunda baş verə biləcək sosial partlayış təhlükəsi barədə qənaətlərini bölüşüblər. Belə toplantıların daha tez-tez keçirilməsi və siyasi fəallığın artırılması qərarlaşdırılıb.

 

Basta