Rusiya ABŞ səfirinin müavinini deportasiya etdi
ABŞ səfirinin müavini Bartl Qorman Rusiyadan deportasiya edilib. Bu barədə RİA Novosti agentliyinə səfirlikdən məlumat verilib. “İnterfaks” agentliyi də məsələ ilə bağlı məlumat yayıb.
Səfirlikdə belə bir qərarın verilməsinin səbəbləri açıqlanmayıb. Onlar ABŞ diplomatının deportasiyasına cavab verəcəyini deyib. ABŞ səfirliyi səfir müavininin vizasının etibarlı olduğunu aydınlaşdırıb. Səfirlik, həmçinin Qormanın ABŞ-ın Moskvadakı səfirliyində ikinci ən mühüm vəzifəli şəxs və “səfirliyin yüksək rəhbərliyinin əsas üzvü” olduğu vurğulayıb.
Qorman 2017-ci ildən 2019-cu ilə qədər ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Bürosu Təhdidlərin Araşdırılması və Təhlili üzrə direktor köməkçisi və dövlət katibinin köməkçisinin müavini vəzifələrində çalışıb.
Bundan əvvəl o, Diplomatik Təhlükəsizlik Bürosunun Kəşfiyyat və Təhlil Departamentinin direktoru vəzifəsində və Moskvada Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyib.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bir sənəd dərc edib və bəyanatın tam mətni TASS xəbər agentliyinə təqdim edilib. Orada “ABŞ Rusiya tərəfinin hazırladığı təhlükəsizlik zəmanətləri üzrə saziş layihəsinin əsas elementlərinə konstruktiv cavab verməyib” – deyə, yazılıb.
ABŞ səfiri Con Sallivan cümə axşamı Rusiya Xarici İşlər Nazirliyində olub. Agentlik Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verib ki, Rusiya ABŞ-ın təhlükəsizlik təkliflərinə cavab verib.
Rusiya Xarici İşlər Nazirliyi bu sənədi dərc edib. Bəyanatın tam mətni TASS-a təqdim ediləcək. Orada qeyd edilir ki, “Amerika tərəfi ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə saziş layihəsinin Rusiya tərəfinin hazırladığı əsas elementlərə konstruktiv cavab verməyib”.
Amerikanın səsi