Müsavatdan Ukraynaya dəstək
Bu gün Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı partiyanın mərkəzi qərargahı qarşısında Ukraynanın bayrağını qaldırıblar.
Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində etdiyi açıqlamada Ukraynaya dəstək verməklə, beynəlxalq hüquqa və demokratiyaya dəstək verdiklərini açıqlayıb:
“Biz Ukraynanı yalnız bu ölkənin 44 günlük müharibədə
Azərbaycana dəstək verdiyi üçün yox, həm də haqlı olduğu, öz ölkəsinin ərazi bütövlüyü, azadlığı naminə döyüşdüyü üçün dəstəkləyirik.
Ukraynaya dəstək, həm də Azərbaycan üçün də çox vacib olan beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə, demokratiyaya dəstəkdir.
Ukrayna qalib gələcək!
Slava Ukraini!”
Basta