Stefan Şennak: “Mən sanksiya tərəfdarı deyiləm”

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçisi Stefan Şennak Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tərəfdarı olmadığını bildirib. Amerikanın Səsinə müsahibəsində “Azərbaycanda bir çox insan haqları müdafiəçiləri və Avropa İttifaqındakı bəzi siyasətçilər Azərbaycanda insan haqlarını pozalarla qarşı sanksiyalara çağırıb. Sizin sanksiyalara münsaibətiniz nədir? Onlara ehtiyac varmı və effektiv olacaqlarmı​?” sualına cavab verən Şennak Rusiya təcrübəsini xatırladıb.

Mən sanksiya tərəfdarı deyiləm. Mən başa düşürəm ki, hazırda Azərbaycandakı müxalifət özünü yalnız hiss edir və ona görə də sankiya tələb edir. Mən Avropa Şurasının Rusiyaya qarşı sankisyalarında aktiv iştirak etmişəm. Sonda isə biz onlarla yenidən işləməyin yollarını tampaqda çətinlik çəkdik. Mən Azərbaycanla, xüsusilə də Avropa Şurasının bütün prinsip və dəyərlərini həyata keçirməyən ölkələrdə eyni vəziyyətin təkrarlarnamamalı olduğunu düşünürəm. Bizim sanksiyamız əlaqədə qalmaq, bu cür hesabatlar hazırlamaq, problemlərə diqqət çəkmək, insan haqları məhkəməsinin qərarlarının icra olunmasını təmin etməkdir” deyə Stefan Şennak bildirib.

.

Basta