Livandan 100-150 erməni ailəsi Qarabağa köçürülə bilər

Qarabağdakı separatçı rejimin başçısı Araik Aratunyan bildirib ki, Livandan 100-150 erməni ailəsi işğal olunmuş Azərbaycan ərazilərinə köçürülə bilər. Bu haqda Ermənistan mediasına Arutunyanın mətbuat katibi Vaqram Poqosyan məlumat verib.

O deyib ki, təklif yeni deyil və bu, təkcə Beyrutdakı son partlayışa görə irəli sürülməyib: “Bu təşəbbüs Livanda mövcud olan ağır itisadi-sosil duruma görə bundan əvvəl də mövcud olub”.

Bu arada Ermənistan Livana Beyrutdakı partlayışın nəticələrini aradan qaldırmaq üçün kömək təklif edib.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra azı 100 nəfər ölüb, 4 min nəfərdən çox insan yaralanıb. Ölənlərdən 6 nəfərinin erməni olduğu bildirilir.

Livan ərəb ölkəsidir, 6 milyondan artıq əhalisi olan bu ölkədə təxminə 140 min nəfər erməni yaşayır.

ASALA – erməni terror təşkilatı 1975-ci ildə Beyrutda yaradılıb.

Basta