Müsavatda növbəti onlayn müşavirə keçirilib
Avqustun 8-də Müsavat Partiyası Salyan, Ağcabədi, Şəki, Göyçay, Goranboy, Oğuz, Qəbələ, Balakən, Xızı, Siyəzən və Xaçmaz rayon təşkilatı sədrlərinin iştirakı ilə video-konfrans formatında müşavirə keçirilib.
Partiyanın təşkilat şöbəsindən verilən məlumata görə, iclasda son dövrlərdə ölkədə və regionda baş verən hadisələr, Azərbaycan- Ermənistan sərhəddində döyüş əməliyyatları, 14-15 iyul tarixində Bakıda Milli Orduya dəstək məqsədilə keçirilən aksiya, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimləri və digər məsələlər müzakirə edilib.
Partiyanın son dövrlərdəki fəaliyyəti, görülən işlər barədə məlumat dinlənilib.
Rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib.
Toplantıda başqan Arif Hacılı və partiyanın digər rəhbər şəxsləri iştirak edib.
Basta