Rusiya Mariupolda kimyəvi silahdan istifadə edib – Şok iddia

 

Donetsk vilayətinin Mariupol şəhərində işğalçılar hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

 

Azov polkunun Teleqram kanalında xəbər verikir ki, Mariupolda drondan zəhərli maddə atılıb.

 

Məlumata görə, zəhərli maddə ona məruz qalanlarda tənəffüs çatışmazlığı və vestibulo-ataktik sindrom – damar sistemində çatışmazlıq yaradır.

 

Beynəlxalq qurumlar iddia ilə bağlı araşdırmaya başlayıb.

 

 

Kimyəvi silahların istehsalı və istifadəsi BMT çərçivəsində beynəlxalq müqavilə – Kimyəvi Silahlar Konvensiyası ilə qadağandır. Müqavilə Rusiya Federasiyası tərəfindən də imzalanıb.

 

Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynaya hücum edib.

 

Mariupol şəhəri fevralın sonundan blokada şəraitindədir.

 

Aprelin 4-də Mariupol şəhərinin meri Vadim Boyçenko bəyan edib ki, düşmən artıq şəhərin infrastrukturunun 90%-ni məhv edib.

 

Rəsmi əlavə edib ki, şəhərdə humanitar fəlakət yaşanır  – Mariupol əhalisi bir aydan çoxdur ki, işıqsız, susuz, qidasız və dərmansız qalıb.

 

Aprelin 11-də Ukrayna  prezidenti Vladimir Zelenski Mariupolda on minlərlə insanın həlak olduğunu bildirib.

 

Basta