Türkiyə Baş Qərargahının kəşfiyyat rəisi Bakıdadır
Aprelin 12-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Baş Qərargahının kəşfiyyat rəisi, korpus generalı Rafet Dalkıranı qəbul edib.
Görüş zamanı Həsənov Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verib.
Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar, hərbi idarənin mətbuat xidməti bildirib.
Basta