Müsavat adı dəyişdirilən küçəyə Rəsulzadənin adının qaytarılmasını tələb edir
Aprelin 17-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlərlə bağlı məlumat dinlənilib.
Divan Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadə küçəsinin adının dəyişdirilməsini pisləyərək, bunu hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinin banisinə mənfi münasibətinin nəticəsi kimi qiymətləndirib. Divan bu barədə qərarın ləğv olunmasını və həmin küçəyə Rəsulzadənin adının qaytarılmasını tələb edib.
Qarabağda son durum və rəsmi Bakı ilə Yerevan arasında gedən sülh danışıqları barədə fikir mübadiləsi aparılıb. Bu mərhələdə azaraq Ermənistan ərazisinə düşən Azərbaycan əsgərinə işgəncə verilməsi, eləcə də Yerevanda Azərbaycan bayrağının yandırılması Qafqazda sülhün yaranmasına qarşı olan qüvvəlrin təxribatı kimi dəyərləndirilib.
Aprelin 28-də saat 14:00-da “İşğaldan azad olunmuş ərazilərin bərpa və məskunlaşma problemləri” mövzusunda Dəyirmi Masa keçirilməsi barədə qərar qəbul olunub.
Sonda cari məsələlər müzakirə olunub.
Basta