Müsavat repressiyalara son qoyulmasını tələb edir

Aprelin 25-də Müsavat Partiyası Divanının iclası keçirilib.

 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.

 

İctimai fəal Bəxtiyar Hacıyevin fiziki və mənəvi  işgəncələrə məruz qalması pislənilib. Bu hadisə ölkədə müxalifətə qarşı repressiyaların tərkib hissəsi kimi qiymətləndirilib. Həmin cinayəti törədənlər cəzalananadək buna görə məsuliyyətin hüquq-mühafizə orqanlarının və  Azərbaycan hakimiyyətinin üzərində  olduğu qeyd edilib. Müsavat Partiyası Bəxtiyar Hacıyevə qarşı cinayət törədənlərin  cəzalandırılmasını və bu barədə ictimaiyyətə məlumat verilməsini tələb edir.

 

İctimai fəal Samir Aşurovun mühacirətdən qayıtdıqdan sonra əsassız məhkəmə qərarı ilə həbs edilməsi pislənilib, onun azadlığa buraxılması və siyasi repressiyalara son qoyulması tələb edilib.

 

İclasda Qarabağda durum, Azərbaycanla Ermənistan  arasında sülh sazişinin hazırlanması ilə bağlı danışıqlar, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

Basta