Zatulinin Ermənistana girişi qadağan edildi

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

Modern.azxəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə etməkdə ittiham olunur.

O, müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini ittiham edib. Zatulin bildirib ki, Nikol Paşinyan hakimiyyətdən getməlidir.

Bundan əlavə, o, Ermənistan hakimiyyətini Rusiya ilə münasibətləri parçalamaqda ittiham edib.

İrəvana son səfəri zamanı “Yerkir Media” telekanalına müsahibə verən Zatulin baş nazir Nikol Paşinyanı Ermənistan ərazisindən “dəhliz” açmaq üçün sənəd imzalamaqda ittiham edib.