Moskvada kovid amnistiyası elan olundu

Moskva hakimiyyəti koronavirus məhdudiyyətlərini pozduğuna görə ödənilməmiş cərimələrin yığılmasını dayandıracaq. Bu barədə mer Sergey Sobyaninin bloqunda məlumat verilib.

Şəhər hökuməti həmçinin hüquqi və fiziki şəxslərə artıq ödənilmiş cərimələrə görə kompensasiya verəcək.

COVID-19 pandemiyası zamanı evdə izolyasiya rejiminə əməl edilməməsi istisna olmaqla, bütün covid məhdudiyyətlərinin pozulmasına görə Moskva icra hakimiyyəti orqanları və onların tabeliyində olan qurumlar tərəfindən tətbiq edilən cərimələr kompensasiya ediləcək.

Covid amnistiyası iyunun 1-dən qüvvəyə minir. Hökumət proqramının həcmi 13,6 milyard rubl təşkil edəcək.

 

Basta