Quba və Qusarın dağ kəndlərinə qar yağdı – VİDEO
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə 20 santimetrədək qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qırız kəndində qarın hündürlüyü 14 santimetrdir.
Xınalıq kənd sakinləri isə bildiriblər ki, hazırda kənddə 10 santimetr hündürlüyündə qar var.
Dağlıq ərazilərdə temperatur mənfi 1 dərəcəyədək aşağı düşüb.
Azərbaycanın ən ucqar yaşayış məntəqələrindən biri olan Qusarın Yergi Kek kəndində də 20 santimetr qar qeydə alınıb. Bu kənd dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir.