Severodonetsk şəhərində Rusiyanın daha bir hücumu dəf edildi

Ukraynanın Luqansk vilayətində Severodonetsk şəhəri uğrunda döyüşlər davam edir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi birləşmələrinin  Severodonetsk şəhərindəki növbəti hücumunu uğurla dəf edib.

“Döyüşlər davam edir. Toşkivka qəsəbəsi ərazisində düşmənin hücumu uğursuzluğa düçar olub. Düşmən Ustinovka yaşayış məntəqəsi istiqamətində də irəliləməyə cəhd göstərsə də, ukraynalı müdafiəçilər işğalçıları geri oturdublar” – deyə, “Ukrainskaya Pravda” Müdafiə Nazirliyindən sitat gətirib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüzə başlayıb.

Basta