Payızda Qarabağda müharibə başlaya bilər

Dadaş Əhmədli, politoloq

 

Bu günlər hər tərəfdən əli üzülən Rusiya rəhbərliyi çıxış yolunu Türkiyə ilə təmasları sıxlaşdırmaqda görüb və elə bu səbəbdən də Avropaya “yolu bağlanmış” xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edərək bu ölkədə danışıqlara başlayıb. Amma, deyəsən, bu danışıqlar da gözlənilən nəticəni verməyib.

Məlumatlı mənbənin qeydinə görə, Rusiya prezidenti Vladimir Putinə verilən hesabata əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında dünənki danışıqlardan heç bir ciddi nəticə əldə olunmayıb. Tərəflər ikitərəfli münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinərək, həssas məsələlərin müzakirəsini davam etdirməyə razılaşıblar. Putin Lavrovun Türkiyəyə səfərinin nəticəsindən narazı qalıb və Türkiyə tərəfinin danışıqlar prosesində Rusiyanın mövqelərinin zərərinə nəzərəçarpacaq güzəştlər axtarması və ənənəvi olaraq Lavrovun “qarasına deyinməsi” fonunda danışıb. Qafqazda mümkün geosiyasi layihənin hazırlanması və reallaşması fonunda Putinin Türkiyə rəhbərliyinin hərəkətlərini başa düşməsi və Ərdoğanla yaxın təmasda olması vacibdir. Amma bu, mövqelərin itirilməsi hesabına baş verməməlidir.

Mənbənin iddiasına görə, Türkiyənin ən yaxın dostu və tərəfdaşı olan Azərbaycan rəhbərliyinin “qeyri-dost” hərəkətləri Putini qane etmir və İlham Əliyevi bu hərəkətlərə məhz Ərdoğanın sövq etdiyinə inanır. (Söhbət yəqin ki, RİA Novosti xəbər agentliyinin Azərbaycanda bloklanması və s. bu kimi addımların atılmasından gedir.) Putinin tapşırığı ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərliyi altında Qarabağ münaqişəsinin bərpası planı hazırlanır. Tətbiqin başlanması sentyabrın əvvəlinə planlaşdırılır. Azərbaycan və Ermənistanı münaqişənin yeni mərhələsinə cəlb edən bir sıra təxribatların həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Rusiya rəhbərliyi danışıqlar müstəvisində manevr edərək ən azı Ermənistana birbaşa hərbi yardım göstərmək fikrində deyil. Hətta, Azərbaycanın mümkün qələbəsi və Ermənistanın özünün hesab etdiyi ərazilərin bir hissəsinin itirilməsi Putinin planlarına uyğun gəlir. Çünki ehtimal edilir ki, bu, dünya ictimaiyyətinin bir hissəsinin hiddətinə səbəb olacaq, Azərbaycan və Türkiyənin beynəlxalq müstəvidə mövqelərini zəiflədəcək, eyni zamanda, Türkiyə ilə blokun Ermənistanı dəstəkləyən bir sıra ölkələri arasında NATO-da gərginliyi son həddə çatdıracaq. Və nəticədə Ermənistan rəhbərliyini rusiyapərəst və tamamilə oyuncaq rəhbərliyə dəyişmək mümkün olarsa, o zaman proqram tam şəkildə yerinə yetirilmiş olacaq. Məlumatı paylaşan mənbənin iddiasına görə, Putinə Ermənistanla Azərbaycan arasında heç bir sülh müqaviləsi lazım deyil, ona regiondakı vəziyyətə nəzarət etmək lazımdır ki, bu da ənənəvi olaraq, münaqişələrin qızışdırılmasından keçir. Qarabağ hər iki tərəf üçün təzyiq rıçaqıdır və Putin nə qədər ki, sağdır heç vaxt bu rıçaqdan əl çəkməyəcək.

 

Basta