Artıq 32 qazi intihar edib

Fərəc Kərimli, Qarabağ qazisi

Dahaha bir qazimiz Manafov Maşallah Gülağa oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Yaxınlarının dediyinə görə qazi Sabirabad Rayon İcra Hakimiyyətinin binasını tərk etdikdən sonra gəlib özünü asıb.

İndi təsəvvür edin qazimiz İcra hakimiyyətində hansı münasitlə qarşılaşıb ki, dərhal da gəlib intihar edib.

Döyüşlər zamanı mənim də ayağıma qəlpə dəymişdi. Yüksək rütbəli zabitlərimizdən biri bildikdən sonra mənə dedi ki, həkimə denən səni yaralıların siyahısına əlavə etsinlər. Oldu dedim, sonra əməl etmədim. Döyüşlər dayandırıldı, atəşkəs elan olundu, gəldik Cəbrayılın Daşkəsən kəndindəki toplanış yerinə. Həmin komutanımız soruşdu ki, yaralılar siyahısına düşmüsən? Yalan danışa bilmədiyim üçün dedim düşməmişəm. Göndərdi məni məntəqəyə, üzü məntəqəyə tərəf gedib yolumu dəyişdim yenə. Bir neçə gün sonra yenə soruşanda yenə siyahıya düşmədiyimi dedim. Əsəbləşib dedi ki, batinkanı çıxart ayağına baxım. Yarama baxandan sonra dedi get düş siyahıya, heç olmasa kompensasiya al! Dedim komutan, 2000-ci ildə birinci Qarabağ müharibəsi qazilərininin etiraz aksiyası zamanı polis tərəfindən küçədə necə döyüldüyünü, yerdə sürüdüklərini görmüsünüz? Dedi bu dəfə elə şey olmaz. Dedim vallah əli-ayağı olmayanlar kompensasiya alsın, bizə lazım deyil…

Təəssüf ki, həqiqətən də elə oldu. Mənim öz əsgərlərim də içərisində olmaqla çox sayda qazilərə kompensasiya vermədilər, əlillikləri düzgün təyin olunmadı, az sayda qazini çıxmaq şərti ilə əksəriyyətinə diqqət göstərilmədi, əziyyətlərinə, döyüşlərinə görə hətta medalları verilmədi…!!! Ona görə də səhv etmirəmsə artıq 32 qazi intihar edib. Halbuki hamısı elə bilirdi ki, müharibədən sonra hər kəs tərəfindən xüsusi diqqətlə qarşılaşacaqlar. Olmadı.

P.S. Hətta o qədər adiləşib ki, qaziləri ələ salanlar, şübhə altına alanlar da var!
Ukraynada olarkən bir əsgərimdən zəng gəldi. Nömrəm rouminq olduğu üçün açmadım ki, nömrəsinin balansı bitməsin. Adboy etdim, başladı dayanmadan zəng etməyə. Axırda özüm zəng etdim ki, nə məsələdir? Dedi ki, burda bir nəfər var deyir siz vuruşmamısınız. Dedim şəkillərimizi, videolarımızı, birdə mənim ona ünvanladığım sözləri onun gözünə sox, inanacaq! Sonra nə dediyini mənə de.

Basta