Rusiyanın Azərbaycanla sərhəddə hərbi baza tikməsinə Müsavat başqanından etiraz
“Rusiyanın qərb istiqamətində iddialarının boşa çıxdığını anlayan Putin diqqətini şərqə, cənuba yönəldir”.
Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
O, qeyd edib ki, Rusiya Ermənistan ərazisində Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə hərbi baza tikir.
“Dövlət sərhəddimizin yaxınlığında tikilən bu hərbi baza Azərbaycan üzərindən keçərək Gürcüstana, Türkiyəyə, oradan da Avropaya gedən neft-qaz kəmərləri də daxıl olmaqla bütün beynəlxalq kommunikasiyaların üzərindədir.
Bu baxımdan həmin ərazidə Rusiya hərbi bazasının yerləşməsi yalnız Azərbaycan, yalnız region dövlətləri üçün deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid kimi qiymətləndirilməlidir” – deyə, Arif Hacılı qeyd edib.
Müsavat başqanı vurğuıayıb ki, Azərbarbaycan hökuməti məsələni beynəlxalq müzakirəyə çıxarmalı, bu hərbi bazanın tikintisinin dayandırılmasına nail olmalıdır.
Basta