Ərdoğan və Paşinyan bir-birini təbrik ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri  Nikol Paşinyan arasında telefon danışığı olub.

Ermənistan hökumətinin rəsmi saytında xəbər verildiyi kimi, Nikol Paşinyan Türkiyə prezidentini Qurban bayramı, Türkiyə prezidenti isə Paşinyanı qarşıdan gələn Vardavar bayramı – İsa Məsihin zühuru münasibətilə təbrik edib.

Dövlət başçıları  iki ölkə arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin əhəmiyyətini vurğulayıblar ki, bu da regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Ərdoğan və Paşinyan  iki ölkənin xüsusi nümayəndələrinin iyulun 1-də keçirilən görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Basta