Tanınmış jurnalist Müsavata üzv qəbul olundu
Bu gün, iyulun 12-də Müsavat Partiyası Divanının iclasında tanınmış jurnalist, Sozcu.az saytının baş redaktoru Elşən Əlisoyun müraciətinə baxılıb və o, partiya sıralarına qəbul olunub.
Bu haqda partiyanın mətbuat xidməti məlumat yayıb.
“Son zamanlar baş verən bir çox ciddi siyasi hadisələr, o cümlədən süni şəkildə qabardılan müxtəlif siyasiləşmiş ideoloji cərəyanların fəaliyyətləri, Azərbaycanda cümhuriyyət dəyərlərini əsas götürən, təməl prinsipləri hüquqi dövlət olan siyasi- ictimai təşkilatların güclənməsinin vacib olduğunu bir daha ortaya qoyur. Məhz buna görə də, bir neçə dostumla birgə siyasi-ideoloji düşüncələrimizlə üst-üstə düşən Müsavat Partiyasına üzv olmaq barədə qərar verdik” – deyə, Elşən Əlisoy öz seçimini izah edib.
“Belə hesab edirik ki, cümhuriyyət dəyərlərinin daşıyıcısı olan bütün insanlar liderimiz Məhəmməd Əmin Rəsulzadənin qurucusu olduğu Müsavat Partiyasına üzv olaraq, milli təşkilatımızın gücünə güc qatmalıdır” – deyə, baş redaktor vurğulayıb.
Basta