Lukaşenko Putindən kömək istədi, Minsk öldürülən nümayişçi ilə vidalaşdı
Belarusda seçkilərin nəticələrinə yenidən baxılmasını və prezident Aleksandr Lukaşenkonun istefası tələbi ilə yeni kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları şəhər və regional idarələrə gedərək rəsmilərlə görüş tələb edirlər. Lakin məmurlar xalqın qarşısına çıxmayıb.
Bu ərəfədə prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskaya, ölkənin bütün şəhərlərinin merlərini dinc etiraz aksiyaları keçirməyə çağırıb.
Belarus teleradiokompaniyasının işçiləri tətil etməyə hazır olduqlarını bildiriblər. Onları bundan vaz keçməyə razı salmaq üçün parlamentin yuxarı palatasının spikeri və Lukaşenkonın mətbuat katibi şirkətin binasına gəlib. Eyni vaxtda yüzlərlə insan teleradio şirkətinin binası ününə toplaşaraq, tətilə hazırlaşan işçilərə dəstəyini ifadə ediblər.
.
Lukaşenko Putindən kömək istəyib
.
Lukaşenko ölkəsindəki etirazları yatırtmaq üçün Rusiya prezidenti Putindən kömək istəyib.
Bu haqda Kreml məlumat yayıb. Məlumatda bildirilir ki, Belarusdakı bütün problemlər tezliklə həll ediləcək: “Əsas odur ki, iki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlığa xələl gətirməyə çalışan dağıdıcı qüvvələr bu problemlərdən yararlanmasın”.
Putinlə telefon danışdığından sonra Lukaşenko Belarus Silahlı Qüvvələrinin Baş Qərargahına gedib. O deyib ki, hərbçilərə və onların ailə üzvlərinə təhdidlər edilir: “Bunu etməyin! Atəşlə oynamayın! Hərbçilərimizin özlərini, ailələrini qorumaq və dövlətdə təhlükəsizliyi təmin etmək üçün kifayət qədər resursları var.
Lukaşenko əlavə edib ki, ölkədə gərginlik azalmağa başlayır: “Ölkəni heç kimə verməyəcəyik”.
.MinM
Nümayişçinin öldürülməsi anının videosu yayılıb
Sosial şəbəkədə saxtakarlığa qarşı etirazlar zamanı dinc nümayişçi Aleksandr Taraykovskinin hərbçilər tərəfindən öldürülməsini əks etdirən video yayılıb. Bu video Belarus hakimiyyətinin nümayişçinin guya öz əlində qumbara partlaması nəticəsində öldüyü barədə açıqlamasının yalan olduğunu ortaya çıxarıb.
.
.
Ötən gün Minskdə öldürülmüş nümayişçi Aleksandr Taraykovski ilə vida mərasimi keçirilib. Metronun “Puşkinskaya” stansiyasının yaxınlığında – onun öldüyü yerdə təxminən beş min insan toplaşıb. Burada bir dəqiqəlik sükut edilib. Yoldan keçən maşınlar aksiyaya dəstəyini ifadə edib. Hadisə yerinə göl dəstələri qoyulub.
Aksiyalar davam edir.
Basta