Zelenski: “Müharibə Krımın azad olunması ilə başa çatacaq”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinin Krımın ələ keçirilməsi ilə başladığını və onun azad edilməsi ilə bitəcəyini bildirib.

“Krım Ukraynanındır və biz ondan heç vaxt vaz keçməyəcəyik. Biz unutmayacağıq ki, məhz Krımın işğalı ilə Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Krım həmişə Avropanın ən yaxşı yerlərindən biri olub və olacaq. Amma Rusiya buranı Avropanın ən təhlükəli yerlərindən birinə çevirib. Rusiya Krıma genişmiqyaslı repressiyalar, ekoloji problemlər, iqtisadi ümidsizlik və müharibə gətirdi. ”- deyə, Zelenski əlavə edib.

 

Basta