Rusiya helikopterini Ukraynaya təslim edən pilot İspaniyada öldürüldü
2023-cü ilin yayında Rusiya ordusuna məxsus Mi-8 helikopterini Ukrayna ərazisinə aparan rusiyalı pilot Maksim Kuzminov İspaniyada ölü tapılıb.
“Ukrainska pravda” xəbər verir ki, bu haqda Ukrayna kəşfiyyat idarəsi məlumat yayıb.
“O, Ukraynada qalmaqdansa, İspaniyaya köçmək qərarına gəlib. Bildiyimizə görə, keçmiş arvadını öz yanına dəvət edib və güllələnərək öldürülüb” – deyə, kəşviyyat idarəsindən bildirilib.
2023-cü il avqustun 23-də Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-8 helikopteri xüsusi əməliyyat nəticəsində Ukraynaya təslim edilib. Mi-8-in pilotu 28 yaşlı Maksim Kuzminov olub. O, buna görə 500 min dollar mükafat alıb.
Rusiya tərəfi dəfələrlə Kuzminovu “satqın” kimi öldürməklə hədələyib.
Basta