ABŞ Bəxtiyar Hacıyevə hücumu araşdırmağa çağırır
Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”, – ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü TURANın fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla baglı sorğuya cavab olaraq bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib: “Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”.
“Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq” sözçü qeyd edib.
Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onu Bakıda küçədə tutub, 6 saat saxlayıb və “Facebook” sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar.
Dünən Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün rəsmi ərizə verib.