Arif Hacılı narko-biznesin monopolistlərindən yazdı

Azərbaycanda hər ticarət sahəsinin monopolisti var.

Kimsə gömrükdən satış məqsədi ilə bir mal keçirəndə, həmin şəxs qeyd-şərtsiz malı əlindən alınacaq qədər fağır biri deyilsə, sahə üzrə monopolistin yanına çağırılır.

Qiymət danışılır. Qoyulan qiymətlə bağlı sual verilsə həmin qiymət bir qədər də ucuzlaşdırılır və s..

Azərbaycan sərhəddindən, gömrükdən, sərhəd xidmətindən xəbərsiz bir quş uça bilməz. Bir telefon, bir kompyuter, bir blok siqaret, bir-neçə yüz qram ətir gətirənin nəfəsini kəsərlər.

Bu Azərbaycanda bizneslə məşğul olan hər kəsə bəlli bir həqiqətdir.

Amma ən bahalı, ən gəlirli narkotik biznesinin monopoıist(lər)i məlum deyil?

Gömrük sistemi, sərhəd qoşunları, ölkənin inzibati orqanları bu sahənin monopolist(lər)ini və onların xırda kuryerlərini tanımır?

Yoxsa kimsə iddia edəcək ki, bütün sahələr monopoliyada olduğu halda yalnız narkotik ticarətinə azad bazar sistemi tədbiq olunub?!

İndiki hakimiyyətin Azərbaycan xalqı qarşısında günahları çoxdur.
Bunlardan bəlkə də ən böyüyü narkomaniyanın qarşısını almaması, qazanc məqsədi ilə gənclərimizi və deməli gələcəyimizi məhv edən bu bəlanın inkişafına şərait yaratmasıdır!

 

Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.