Ukrayna ordusu Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsini azad edib

Xarkov istiqamətində aktiv hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələri 20-dən çox yaşayış məntəqəsini azad edib.

Bu barədə sentyabrın 8-də keçirdiyi brifinqdə Baş Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov məlumat verib.

O əlavə edib ki, həftənin əvvəlindən başlayaraq Ukrayna hərbçiləri işğalçıların müdafiə xəttini yararaq bəzi yerlərdə 50 km-dək irəliləyib.  Bir sıra yaşayış məntəqələrində filtrasiya işləri davam etdirilir.

Qeyd edək ki, son günlər sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin bir sıra ərazilərdə, xüsusən Xarkovda əks-hücum keçirməsi barədə məlumatlar yayılıb. Bununla belə, Qromovun bəyanatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Xarkov vilayətindəki vəziyyətlə bağlı ilk rəsmi şərhidir.

O, həmçinin bildirib ki, Slavyansk istiqamətində əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri 3 km-dək irəliləyib və Ozernoye qəsəbəsini azad edib.

 

Basta