Ukrayna ordusu sutka ərzində daha 20 yaşayış məntəqəsini azad edib

Sentyabrın 11-də gün ərzində Müdafiə Qüvvələri tərəfindən 20-dən çox yaşayış məntəqəsi azad edilib.

Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, ötən həftə Ukrayna ordusu Xarkov vilayətində 50 kilometrədək irəliləyərək 30-dan çox yaşayış məntəqəsini Rusiya işğalçılarından azad etmişdi.