Müsavat Elçin Sadıqov və Əvəz Zeynallının dərhal azadlığa buraxılmasını tələb edir
Sentyabrın 12-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və qərarların icra vəziyyəti barədə məlumat verilib. Müsavatın Hacıqabu rayon təşkilatında hesabat-seçki iclası haqda məlumat dinlənilib. Digər rayon təşkilatlarında konfransların keçirilməsinə dair tapşırıqlar verilib.
“Xural TV”-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbs olunması üçün heç bir hüquqi əsas olmadığı qeyd edilib. Onların həbsinin siyasi motiv daşıdığı vurğulanıb və məhkəmənin müvafiq qərarı Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirilib. Müsavat Divanı Əvəz Zeynallı və Elçin Sadıqovun dərhal azadlığa buraxılmasını tələb edir.
Daha sonra siyasi partiyalar haqqında yeni qanun layihəsi müzakirə edilib. Bu layihə Azərbaycanda çoxpartiyalı sistemin sıradan çıxarılması, müxalifət partiyalarına qarşı təzyiqlərin artırılması və avtoritar sistemin gücləndirilməsi məqsədini daşıyan mürtəce bir sənəd kimi qiymətləndirilib. Divan həmin qanunun qəbul olunması yolverilməz sayıb.
Sentyabrın 15-də saat 16:00-da Bakının işğaldan azad olunmasının 104-cü ildönümü münasibətilə Şəhidlər Xiyabanının və Türk Şəhidliyinin ziyarət edilməsi qərara alınıb.
Ukrayna Silahlı Qüvvələrinin bir sıra əraziləri işğalçı Rusiya qoşunlarından azad etməsi, müharibənin nəticələrinin bütün dünyada, o cümlədən Azərbaycanda ictimai-siyasi vəziyyətə mümkün təsiri mövzusunda fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.
***
Erməni KİV: “Zoddakı hərbi hissə tamamilə dağıdılıb”
Zoddakı hərbi hissə tamamilə dağıdılıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb(Oxu.az).
Bildirilib ki, hərbi infrastruktur güclü artilleriya atəşi nəticəsində məhv edilib.
Basta