Dövlət Departamenti Əvəz Zeynallı və Elçin Sadıqovun həbsini “diqqətlə izləyir”
“Biz Əvəz Zeynallı və Elçin Sadıqovun həbsini diqqətlə izləyirik”, – bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi Azərbaycan hökumətinin tanınmış tənqidçilərinin son həbsini şərh etməklə bağlı Turan-ın xahişinə cavab olaraq bildirib.
Bazar günü aparıcı müstəqil xəbər təşkilatının baş redaktoru Zeynallı və daha çox ölkədəki siyasi məhbusların maraqlarını təmsil etməsilə tanınan insan hüquqları üzrə vəkil Sadıqovun barəsində rüşvətxorluq ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hər ikisi bu ittihamı inkar edir.
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Əvəz Zeynallının və Elçin Sadıqovun hüquqlarını və əsas azadlıqlarını Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq qorumağa çağırırıq”, – Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqton müxbirinə bildirib.
“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiqdir”, – Dövlət Departamentinin nümayəndəsi əlavə edib.