Daha 332 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib
Ötən sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 332 yeni hal aşkarlanıb.
Bununla yanaşı, 573 nəfər müalicə olunub, 9 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Bu gün ölkədə koronavirusa yoluxanların ümumi sayı 29 312 təşkil edib. 21 547 nəfər müalicə olunub, 400 nəfər vəfat edib.
Hazırda 7 365 nəfər xəstəxanalarda müalicəsini davam etdirir.
Sutka ərzində ölkədə 9 037 test, cəmi 667 819 test keçirilib.