5 şəhər və 5 rayonda sərtləşdirilmiş karantin rejimi ləğv olundu
Azərbaycan hökuməti xüsusi karantin rejiminin sentyabrın 30-na qədər uzadılması haqqında qərar qəbul edib.
Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonları sərtləşdirilmiş karantin rejiminin tətbiqi zonasından çıxarılır, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Yoluxma səviyyəsinin yüksək olması ilə əlaqədar Bakıda, Sumqayıtda və Abşeron rayonunda daha əvvəl tətbiq edilmiş yumşaltmalarla ciddi karantin rejimi davam edəcək. Bu bölgələrdə əvvəlki kimi istirahət günləri ictimai nəqliyyat işləməyəcək.
Bununla belə, bütün ölkədə muzey və sərgi zallarının fəaliyyətinə qoyulmuş məhdudiyyət götürülür.
Bundan başqa, fərdi təhsil və 10 nəfərə qədər qruplarla repetitorluq xidmətlərinə icazə verilir.
Sanitar-epidemioloji vəziyyətin təhlilindən sonra rayonlararası hərəkətin tamamilə açılması məsələsinə baxılacaq.