İranda daha bir gənc qız polis tərəfindən öldürüldü – FOTO

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız polis əməkdaşları tərəfindən güllələnib.

Modern.az xəbər verir ki, bu, son bir həftə ərzində İranda baş verən ikinci ölüm hadisəsidir.

Belə ki, 20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiyada 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb. Gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Çox sayda ölən, yaralanan və həbs olunan etirazçının olduğu bildirilir.