Rusiya yerli əhalini Xersondan deportasiya edir

Xerson vilayətinin işğalçı hakimiyyəti yerli əhalini Dnepr çayının sağ sahilindən təxliyə edir. Onlar bu addımı Ukrayna Silahlı Qüvvələrinin gözlənilən hücumu ilə izah edib. Onlar Ukrayna ordusunun guya Kaxovka su elektrik stansiyasının bəndlərini partladacağı və burada yaşayış məntəqələrinin su altında qalacağını deyirlər. Ukrayna tərəfi iddiaları təkzib edib. 

Ukrayna mətbuatının məlumatına görə, artıq iki gündür Xerson sakinlərinə  şəhəri təcili tərk etmək çağırışı ilə SMS-lər göndərilir. Həmçinin şəhərdə əhaliyə üzərində “Ailəni xilas et – sol sahilə get” yazılmış vərəqələri paylanılır. Yaşayış  yerini tərk edən sakinlərin Krımda yaxud Rusiyanın şəhərlərində mənzillə təmin ediləcəkləri vəd olunur.

 

Basta