Xersonda yerli sakinlər Ukrayna bayraqları ilə mərkəzi meydana çıxdı
Xersonda yerli sakinlər Ukrayna bayraqları ilə mərkəzi meydana çıxdı. Rusiya işğalçıları şəhərdən çıxıb, öz arxalarınca qapını örtüb – körpünü də partladıblar.
Xerson əhalisi Ukrayna ordusunu gözləyir. Qəhrəmanlar, onların yolundakı minaları təmizləyib tezliklə gəlib çatacaqlar. Yazırlar ki, Ukrayna ordusunun yubanmasının bir səbəbi də yolboyu insan kütlələrinin onları saxlayıb öpüb-qucaqlamasıdır.
Bu, təkcə Rusiya-Ukrayna müharibəsində yox, həm də Xeyir ilə Şər arasında, demokratiya ilə avtoritarizm arasında mübarizədə dönüş nöqtəsidir.
Bu, dünya tarixinin dönüş nöqtəsidir.
Mustafa Hacıbəyli