Ukraynada döyüşən bu qəhraman kapitan Elşad Aslanovdur – Gülağa Aslanlının oğlu
Ukraynada döyüşən bu qəhrəman kapitan Elşad Aslanovdur, Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlının oğludur.
Bu günə qədər Gülağa bəy bu barədə heçnə yazmırdı deyə mən də yaza bilmirdim. Bir gün istəyirdim Elşad bəy haqda nəsə yazım, az öncə Gülağa bəyin səhifəsində Ukraynada yaşayan Azad Omarov adlı bir dostumuzun yazısını gördüm. Elə bu yazını oxusanız yaxşıdır. Xahiş edirəm oxuyub Elşad bəy kimi bəşəriyyət üçün vuruşan qəhramanları tanıyın.
Azad Omarov: “Torpağı Vətən edənlər…
Ukraynanın Vətən (bəkə də Böyük Vətən) savaşında həmyerlilərimiz Ukraynalılarla bərabər bütün cəbhələrdə iştirak edirlər: istər maddi yardım göstərməkdə, istər yerli özünümüdafiə dəstələrində, istərsə də ön cəbhədə..
Və ön cəbhədə savaşanlarımız heç də ukraynalılardan geri qalmırlar. Axı hamı yaxşı bilir ki, düşmən eynidir, istər Azərbaycanda savaş, istər Ukraynada…Qəhrəman şəhidlərimiz, yaralı qazilərimizlə yanaşı bu qutsal savaşın ilk gnlərindən ön cəbhədə düşmənlə təmas xəttində savaşan igidlərimiz də çoxdur.
Belə igidlərimizdən biri də hal hazırda Donetsk istiqamətində , son zamanlar ən ağır döyşlər gedən bölgədə ön cəbhədə həmyerlimiz xidmət rəisi kapitan Elşad Aslanovdur. Bu gün onunla növbəti dəfə telefon əlaqəsi saxladım. (onu da deyim ki, hər dəfə Elşada zəng edəndə onun səsi gələnə qədər ağlımdan min bir fikir keçir).Səsi çox gümrah gəlirdi.Ən əsası da odur ki, qısa söhbətimizdə onun və tabeçiliyində olanların q ə l ə b ə mizə inamlarının tam olduğunu duydum…
Bu arada, Elşad bəy Müsavat partiyası başqanın müavini Gülağa Aslanlının oğludur. Gülağa bəylə hələ Bakida yaşadığım illərdə tanış idik. Elşad bəylə isə Xarkov şəhərində tanışlığımız 10-15 ilə dayanır. Öncəki prezident seçkilərində vilayət seçki qərargahında birgə işimiz bizi daha da yaxınlaşdırmışdı.
Ukrayna Ordusunun kapitanı Elşad Aslanov həm yaxşı oğul, həm də yaxşı ailə başçısıdır. Arzumuz bu savaşın tezliklə qələbə ilə bitməsini və qəhrəmanımızın onu gözləyən o üç gözəlin ( qızları) yanına dönməsidir…
Слава Україні!”
Yazı Müsavat başqanınn müavini Fərəc Kərimlinin feysbuk səhifəsindən götürülüb.