Rusiya nüvə arsenalındakı raketdən istifadə edib – Foto

Dünən Kiyev səmasında vurulan iki X-55 raketlərindən birində nüvə başlığı simulyatoru rolunu oynayan blok aşkar edilib.

Ukrayna mətbuatı Defense Express qəzetinə istinadən qeyd edir ki, ruslar “nüvə arsenalından ən azı bir X-55” raketini götürüb, bu raketdən nüvə başlığını “açıb” və onu adi başlıqla əvəz ediblər.

Ekspertlərin fikrincə, “nüvə arsenalında” olan qanadlı raketlərdən istifadə olunması Rusiyada raket ehtiyatlarının kritik dərəcədə azalmasından xəbər verir.