İran hökuməti daxilində parçalanma yaranır
Etirazların davam etməsi və hakimiyyət orqanlarının onun qarşısının alınmasında acizliyi fikir ayrılıqlarının yaranmasına səbəb olub.
İranın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə iki gizli və fövqüladə əhəmiyyətli görüşlər keçirilib.
Günaz TV-nin məlumatın görə, bu görüşlərdən sonra Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin istefaya getməsi haqda şayiələrin yayılmasına səbəb olub.
Sonradan bu məlumat təkzib edilsə də, bildiririlir ki, Şamxaninin istefası ilə bağlı şayiənin kökündə onun Ali Milli Təhlükəsizlik Şurasında olması ilə bağlı ordu başçıları və ölkə rəsmiləri arasında geniş fikir ayrılıqları dayanır.
Radikal mühafizəkarlar, o cümlədən İran rəhbəri Əli Xameneyiyə yaxın Həmid Rəsayi və Hüseyn Şəriətmədari Əli Şəmxaninin etirazların yatırılmasında zəiflik göstərdiyini iddia edir.
Onların təmsil etdiyi mühafizəkar qrup etirazçılara qarşı daha sərt tədbirlərin görülməsini təklif edirlər.
Təhlilçilərin fikrincə ölkədə nümayişlərin davam etməsi və genişlənməsi İran hakimiyyətinin üst qatları, ordu və SEPAH arasında çatların əmələ gəlməsinə səbəb olub.
Onlara görə, etirazlar davam etsə hakimiyyət daxilindəki fikir ayrılıqları ciddi qarşıdurmalarla nəticələnə bilər.
Günaz TV