Avropa Parlamenti RF-ni terroçuluğa sponsorluq edən dövlət elan edib
Avropa İttifaqının Parlamenti noyabrın 23-də Strasburqda RF-nin Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqədar Rusiyanın terrorçuluğa sponsorluq edən dövlət kimi tanınması haqqında qətnamə qəbul edib.
Avropa deputatları RF prezidenti Vladimir Putini və Rusiya hökumətini beynəlxalq tribunal qarşısında məsuliyyətə cəlb etmək üçün zəmin hazırlamaq niyyətindədirlər, bu barədə Avropa Parlamentinin saytında yer alan məlumatda deyilir.
Avropa İttifaqında üçüncü ölkənin terrorçuluğa sponsorluq edən dövlət kimi tanınması üçün hüquqi əsas yoxdur, deyə daxili işlər üzrə Avropa Komissarı İlva Yohansson 18 oktyabr 2022-ci il tarixində bildirib. Buna görə Avropa Parlamenti öz qətnaməsində Aİ-ni və ona daxil olan ölkələri terrorçuluğa sponsorluq edən dövlətləri və terrorçuluğa əl atan dövlətləri müəyyən etmək üçün hüquqi əsas işləyib hazırlamağa çağırır.
Xatırladaq ki, bir müddət əvvəl ATƏT-in Parlament Assambleyası Rusiya haqqında bənzər qətnamə qəbul edib.