Onlar İranda baş verənlərin yolxucu olacağından qorxurlar

İranın terrorçu teokratik rejimi hüquq və azadlıqları uğrunda mübarizəyə qalxan insanlara qarşı terror həyata keçirir.

Dünyanın dörd bir yanında insan hüquq və azadlıqlarına hörmət edən hər kəs terrorçu teokratik rejimə qarşı ayağa qalxan insanlara dəstək olmağa çalışır. Misirli Esma üçün ən göz yaşı tökən Türkiyə iqtidarı isə İranda terrorçu teokratik rejimin qadın və uşaqları qətlə yetirməsini görməzdən gəlir.

Bu günə kimi Ərdoğan teokratik rejimin insanlıq əleyhinə cinayətlərini pisləyən bir kəlmə də olsun fikir səsləndirməyib. Əksinə, siyasi islamçıların düşərgərələrindən dində məcburiyyət olduğu bildirir, bunu əsaslandıran fikirlər səsləndirirlər. Bununla da İrandakı teokratik rejimin insanlıq əleyhinə cinayətlərini müdafiə edir, bu cinayətləri ligitimləşdirirlər.

Özünü türk milliyyətçiliyinin təmsilçisi hesab edən Milliyətçi Hərəkat Partiyası da İranda teokratik rejimin Azadlıq, Ədalət, Milli şüarı ilə öz müqəddəratını təyin etmə hüququ uğrunda mübarizə aparan Azərbaycan türklərini qətlə yetirməsini bir dəfə də olsun pisləməyib.
Misirli Esmanın qətli siyasi islamçıların təbliğatına yaradığı halda, İranda baş verənlər Türkiyədəki siyasi islamçıların yuxusunu qaçırır. Onlar İranda baş verənlərin yolxucu olacağından qorxurlar.

Yaşasın Azadlıq, Ədalət, Milli hökumət!

 

Xəqani Cəfərli