Məsud Pezeşkian İranın prezidenti seçildi
İslahatçı Məsud Pezeşkian sərt mühafizəkar rəqibi Səid Cəliliyə qalib gələrək İranın yeni prezidenti seçilib.
Azərbaycanlı namizəd seçkilərin ikinci turunda sayılan 30 milyondan çox səsin 53,3 faizini qazanıb. Onun rəqibi Cəlili isə 44,3% səs toplayıb.
Seçkilər İranın əvvəlki prezidenti İbrahim Rəisinin may ayında helikopter qəzasında həlak olmasından sonra təyin edilib.
Mənbə: BBC