Müsavat Divanının gündəliyi
Dekabrın 5-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın Mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sədrliyi ilə keçirilən iclasda görülən işlər və keçirilən tədbirlərlə bağlı məlumat verilib.
Rayon təşkilatlarında keçirilən hesabat-seçki iclasları barədə məlumat dinlənilib.
Başqan müavini Razim Əmiraslanlı keçirilən ümumi yığıncaqlar barədə danışıb. Yığıncaq keçirməyən təşkilatlar barədə məlumat dinlənilib, planlar müzakirə olunub.
Müsavat partiyası başqanı Arif Hacılının Avropa səfərləri müzakirə olunub, təqdir olunub.
İclasda ölkədə və dünyada baş verən siyasi proseslər müzakirə olunub.
Bakı-Şuşa-Xankəndi yolunda baş verənlərə münasibət bildirilib.
İclasda hakimiyyətdən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına son qoyulması, ökəyə giriş-çıxışının ciddi nəzarətə götürülməsi tələb olunub.
Həmçinin qonşu İranda baş verən hadisələrə də münasibət bildirilib.
Divanda İran hökumətinin vətəndaşlara qarşı törətdiyi repressiv hərəkətlərə son qoymasının, beynəlxalq təşkilatların bu məsələyə susqun qalmamasının vacibliyi vurğulanıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta2.com