Ramzan Kadırovun tənqidçisi öldürüldü
İsveçdə mühacirətdə yaşayan çeçen bloger Tumso Abdurahmanov öldürülüb.
Əvvəllər Polşada oturum alan, Ramzan Kadırovu tənqid etdiyi üçün ciddi təhlükəylə üzləşən və İsveçə köçən Tumso Abdurahmanov Çeçenistanın rəhbərinin ən davamlı və fəal tənqidçilərindən biri idi.
2020-ci ildə Tumsoya qarşı sui-qəsd edildi, lakin o sağ qaldı. Bu dəfə blogerə bir qrup şəxs hucum edərək başına ölümcül zərbə vurub. Allah rəhmət eləsin!
Bu olay o birilər kimi susub-mısıb lal-dinməz oturmayan azərbaycanlı mühacirlərə də ciddi bir xəbərdarlıq olmalıdır. Amma azadlıq, demokratiya, insan ləyaqəti uğrunda mübarizəmiz davam edir və edəcək!
Çingiz Sultansoy