Tofiq Yaqublunun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Bu barədə siyasətçinin qızı Nigar Həzi Turana bildirib.
Söhbət 5 min avro, 2500m, və bir neçə yüz dollardan gedir.
Onun sözlərinə görə, bu pul onlara aid deyil və evlərinə yerləşdirilib.
N.Həzi qeyd edib ki, evdən o cümlədən anasına aid olan mobil telefonlar və kompyuter da götürülüb.
Onun sözlərinə görə, T.Yaqublu saxlanılıb, ona qarşı hansı ittiham irəli sürüldüyü bəlli deyil: “Mən özüm gəlsəm də, evimə buraxılmamışam və axtarışda iştirak edə bilməmişəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı Turana təsdiqləyib. O, qeyd edib ki, araşdırma aparılır.
Müsavat başqanı Arif Hacılı ölkədə seçkilərin elan olunmasına baxmayaraq vəziyyətin dəyişmədiyini qeyd edib: “Cəmiyyəti silkələyən həbslər davam edir. Jurnalistlər, siyasi fəallar, siyasətçilərin ailə üzvləri… Bu gün də Tofiq Yaqublu həbs edildi. Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq!”
Basta