Zelenski Putinlə təkbətək döyüşə hazırdır

Ukrayna prezident Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə döyüşməyə hazır olduğunu bildirib.

“Ukrainska pravda” xəbər verir ki, bunu dövlət başçısı Fransanın LCI telekanalına müsahibəsində deyib.

“Əsl kişi kiməsə nəsə demək istəyirsə, bunu özü edir, vasitəçi göndərmir” – Zelenski Putinin Fransa rəhbəri Emmanuel Makron vasitəsilə ona bəzi mesajlar çatdırmasını belə şərh edib.

Putinlə “təkbətək döyüşə” hazır olub-olmaması ilə bağlı suala Zelenski belə cavab verib: “Həmişə hazıram. Günü sabah. Amma bu, prezident Putinin son sammiti olacaq”.

Basta