Bəxtiyar Hacıyevin müdafiəsi üçün aksiya keçiriləcək
İcra hakimiyyəti “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının dekabrın 23-də saat 15:00-da Bakının mərkəzində Fəvvarələr meydanında etiraz aksiyası keçirməsinə icazə verməyib.
Etiraz aksiyası fəal Bəxtiyar Hacıyev və digər siyasi məhbusların azadlığa buraxılması tələbilə keçirilir. Bu barədə “Müdafiə xətti”nin direktoru Rüfət Səfərov bildirib.
O qeyd edib ki, təşkilatçılar şəhər administrasiyasının qərarını qanunsuz hesab edirlər, odur ki, aksiyanı keçirəcəklər.
Turan