ABŞ-ın Ukraynaya “Patriot” kompleksləri verməsi rəsmiləşdi

ABŞ Dövlət Departamenti Ukraynaya 1,85 milyard dollarlıq yeni yardım paketi elan edib.  Bu paket çərçivəsində Kiyevə ən müasir hava hücumundan müdafiə sistemi olan Patriot sisteminin verilməsi nəzərdə tutulub.

Qərarı ABŞ Dövlət katibi Entoni Blinken açıqlayıb.

Patriot qanadlı raketləri, qısa mənzilli ballistik raketləri və təyyarələri ən böyük yüksəklikdə vura bilən hava hücumundan müdafiə sistemidir.

Beləliklə, ABŞ-ın hazırkı administrasiyasının Ukraynaya göndərdiyi hərbi yardımın ümumi məbləği  21,9 milyard dollara çatacaq.

Basta