Roqozin Donetskdə yaralandı
Ukrayna Silahlı Qüvvələri Donetskdə Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozinin ad gününü qeyd etdiyi “Şeş-Beş” restoranını atəşə tutub. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, Ukrayna hərbçiləri binaya 155 kalibrli mərmilərdən atəş açıb. İlkin məlumata görə, qondarma “Donetsk Xalq Respublikası” hökumətinin başçısı Vitali Xotsenko yaralanıb, onun mühafizəçisi ölüb.
Dmitri Roqozinin özü isə kürəyindən yaralanıb. Roqozin Rusiya prezidenti Vladimir Putinin favorit kadrlarından biri və Donetskdəki qeyri-rəsmi nümayəndəsi sayılır.
Basta